Aqrar sahənin maliyyələşdirilməsinə stimul olaraq AKİA xətti vasitəsilə ilə ayrılan kredit çox populyardır. Yeni mexanizm AKİA kreditinin fermerlərə girovsuz ayrılmasını da əhatə edir. Kənd təsərrüfatında çalışan fermerlərin əksəriyyəti, haradasa 80 %-i kiçik və orta ailə-kəndli təsərrüfatı ilə məşğuldurlar, onların mütəmadi kreditləşməyə ehtiyacları olur. Bu fermerlərin maliyyəyə çıxışını asanlaşdırmaq üçün kreditorlar AKİA xətti ilə kredit ayırmağa maraqlıdırlar. Onlar üçün müxtəlif subsidiyalar, güzəşt müddətli kreditlər, o cümlədən AKİA kreditləri ayrılır. Yeni yaranmış maliyyə instrumentləri əsasında fermerlərin əlavə maliyyə dəstəyinə ehtiyacı olduqları müəyyənləşdirilib. Məhz bu məqsədlə banklar AKİA xətti ilə kreditlərin verilməsində maraqlıdırlar. Bir zamanlar AKİA rəsmisinin KİV-ə verdiyi müsahibədə də qeyd edilir ki, 15 min manatadək mikro biznes kreditlərinin fermerlərə girovsuz verilməsinin mümkünlüyü çox uzaqda deyil. Bununla da AKİA xətti ilə bazardakı orta faiz göstəricisindən iki dəfə aşağı mikro kreditlər verilə bilər. Bu cür kreditlərin ödənilməsi maksimum 3 ilədək uzadılır. AKİA kreditlərini verməkdə bankların digər bir marağı isə kredit ödənişləri zamanı yarana biləcək risklərin qismən dövlət tərəfindən qarşılanmasıdır. Risklərin dövlət tərəfindən qismən də olsa qarşılanması AKİA kreditlərinin günümüzdə fermerlər üçün çox populyarlaşmasına gətirib çıxarır. AKİA kreditləri həm fermerlər, həm də banklar üçün olduqca cəlbedicidir. Bu cür mexanizmin tətbiqi AKİA kreditlərinə çıxışı daha da asanlaşdıracaq. Kənd təsərrüfatı mövsümi fəaliyyət növüdür, buna görə məhsuldarlığın azaldığı dövrdə AKİA kreditlərini götürmüş fermerlərə güzəşt müddəti də şamil edilir. Belə ki, AKİA kreditləri üçün müraciət edən sahibkara 12 ayadək güzəşt müddəti kimi imtiyaz də təqdim olunur. Eyni zamanda AKİA kreditləri müraciət prosesində sənədləşmə proseduru çevikləşdirilir, nəticədə fermerin maliyyə çıxışı sürətləndirilir. AKİA kreditlərinin əhəmiyyəti böyükdür. Belə ki, ənənəvi kredit məhsullarından fərqli olaraq AKİA kreditlərinin daha aşağı faizləri var. Kredit müddətinin yarısınadək də güzəşt müddəti şamil edilir. Bundan başqa AKİA kreditlərini girovsuz əldə etmək imkanı da var. Xatırladaq ki, AKİA 2004-cü ildə yaradılıb, aqrar təsərrüfatla məşğul olan sahibkarlara dövlətin dəstəyi ilə kreditlərin təqdim edilməsi məqsədilə fəaliyyət göstərir. Yarandığı gündən regionlarda aqrar məhsuldarlığın artırılması və sahibkarların bu istiqamətdə daha çox gəlirliliyi üçün bir çox güzəşt, azaldılamalar və ləğvlər kimi layihələri ilə sahibkarlara dəstək olan AKİA fərdi sahibkarlara və hüquqi şəxslərə kreditlərin ayrılmasını nəzərdə tutur. AKİA kreditlərinin məbləği kreditin alınma məqsədinə görə dəyişir. Təsərrüfatınızı Fintedo ilə böyüdə bilərsiniz, AKİA kreditlərindən faydalanan sahibkarlardan biri olmaq üçün elə indi online müraciət göndərin, komandamız dəyərləndirsin.