İpoteka krediti üçün tələb olunan sənədlər:
1. Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;
2. Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;
3. Borcalanın (borcalanların) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;
4. Borcalanın (borcalanların) iş yerini və gəlirlərini təsdiq edən sənədlər;
5. Şəxsin güzəştli kateqoriyaya aid olduğunu təsdiq edən sənəd (şəxs güzəştli kateqoriyaya aid olduqda).
Borcalan (borcalanlar) fərdi sahibkar olduqda:
6. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçdiyi barədə şəhadətnamənin surəti;
7. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.
Güzəştlərdən kimlərin istifadə etmək hüququ var:
Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
- Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
- Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
- Məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
- Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
- Ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxs;
- Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;
- İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer).
- Elmlər doktoru elmi dərəcəsi olan şəxs;
- Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;
- Ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);
- Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;
- Ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;
- Ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs.
Qeyd: Güzəştli ipoteka kreditindən istifadə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər.
İpoteka krediti
Adamın öz evindən daha yaxşısı nə ola bilər? Kreditvar.az-ın təklif etdiyi ipoteka krediti ilə hər kəsin öz evi olacaq. Artıq şəxsi evə sahib olmaq üçün illərlə əziyyət çəkib, boğazdan kəsib pul yığmağa ehtiyac yoxdur. İpoteka krediti öz populyarlığı və faydalılığı ilə xüsusən gənc ailələrin ev arzularını gerçəkləşdirməyə kömək edir. Kreditvar.az-ın ipoteka kreditini almaq üçün səbəblər çoxdur: ilkin ödəniş üçün minimum tələb, rahat və cibə uyğun ödəniş qrafiki, təhlükəsiz alqı-satqı siyasəti. Bütün bunlar kreditvar.az-ı ipoteka kreditini üstüm seçim halına gətirir. İpoteka kreditini kreditvar.az-dan almağın daha bir üstünlüyü isə banka gəlmədən həm ipoteka kredit sifarişini, həm də ipoteka kredit ödənişini həyata keçirməyə imkan verməsidir.
İpoteka kalkulyatoru
İpoteka krediti üçün sərfəli təklif axtarırdınız? Kreditvar.az-da tapacaqsınız! Burada sizi həm də ipoteka kalkulyatoru ilə tanış etmək istəyirik. Bəs ipoteka kalkulyatoru nə üçündür? İpoteka kreditini sifariş verməzdən qabaq ödənişini hesablamaqdan çətinlik çəksəniz, ipoteka kalkulyatoru bu işdə sizə yardımçı olacaq. İpoteka kalkulyatoru tam avtomatlaşdırılmış, onlayn hesablama alətidir və kreditlə bağlı detallarınızı yazan kimi dərhal hesablayır. İnsan faktoru və qəliz hesablama olmadan çevik şəkildə ipoteka hesablamasını onlayn ipoteka kalkulyatorunda gerçəkləşdirə bilərsiniz. Şərtlər ürəyinizcədirsə, vaxt itirmədən eyni pəncərədəcə dərhal onlayn kredit sifariş edə bilərsiniz.
İpoteka şərtləri
Evlənmək üçün eviniz yoxdur? Pulunuz ev almaq üçün azdırsa, kreditvar.az-ın ipoteka krediti üstünü düzəldər! Əlçatan ipoteka şərtləri ilə evlilik kimi özəl hadisəni təxirə salmayın! İkirəqəmli illik faizləri görməkdən təngə gəlmisinizsə, kreditvar.az ilə öncəki təklifləri unudun! Burada yalnız bir rəqəmli illik faiz ilə səmərəli ipoteka şərtləri mövcuddur. İpoteka kreditinə müraciət etmək üçün şərtlərlə ətraflı kreditvar.az saytında tanış ola bilərsiniz. Bu saytdaca sərfəli şərtlərlə ipoteka kreditini onlayn sifariş edə bilərsiniz.
İpoteka krediti nedir?
Artıq hər kəs öz şəxsi mənzilinə sahib olmaq istəyir, lakin hamının maddi təminatı buna imkan verməyə bilər. Buna görə mənzil kimi daşınmaz əmlakların girov qoyulması ilə ipoteka krediti almaq artıq dəbdir. İpoteka krediti nedir? - deyə sual verilsə, sadə dillə ipotekanın borc alarkən daşınmaz əmlakın girov qoyulması olduğunu demək olar. Bu şəkildə əmlak sahibi borcalan, borcu ödəyəcəyinə zəmanət verir. İpoteka krediti insanların həyatını dəyişir, ev-mənzil kimi asan başa gəlməyən mülkə sahiblənmək mümkünsüzdən mümkünə keçir. Əlavə olaraq cibinizə uyğun və sərfəli şərtlərlə ipoteka krediti seçmək üçün kreditvar.az saytına onlayn kredit müraciəti ünvanlaya bilərsiniz.
İpoteka krediti ödənişi
Şəxsi ev xəyalı qurursunuz? Xəyallarınızı inşa etməyə kreditvar.az kömək edəcək. Kreditvar.az ipoteka kreditinin həm sifarişini, həm hesablamasını, həm də ödənişini həyata keçirə biləcəyiniz unikal platformadır. Kreditvar.az banka gedib, saatlarla gözləməyin və sənədləşmə prosesinin nə qədər sıxıcı olduğunu çox yaxşı başa düşür, bu əziyyətdən qurtarmaq üçün ipoteka krediti ödənişini çox rahat etdi! İpoteka kreditinin ödənişini necə edəcəyinizi sonradan düşünməyin, ipoteka ödənişini hesablamaq üçün ipoteka kalkulyatoru da eyni saytda xidmətinizdədir. Artıq düşüncələrə qərq olmaq vaxtı deyil, kreditvar.az ilə beyninizi məşğul edən ipoteka krediti ödənişini rahatlıqla tamamlayın.
İpoteka krediti üçün müraciət
İpoteka krediti üçün müraciət ünvanlamaq istəsəniz, kreditvar.az 24/7 xidmətinizdədir. Burada fasilə, istirahət günləri və bayram anlayışı yoxdur, istədiyiniz zaman istədiyiniz yerdə ipoteka krediti üçün onlayn müraciət edə bilərsiniz. Bu gün hər kəs şəxsi evinə kreditvar.az-da onlayn ipoteka kreditinə müraciət edərək sahib olur! Yerindən tərpənməyə halı olmayanlar üçün ipoteka kreditinə müraciət etmək bir klik qədər rahatdır.Kreditvar.az ilə istənilən yer sizin üçün banka çevrilə bilər, isti kofenizi içə-içə ipoteka krediti üçün müraciət etməkdə sərbəstsiniz!
İpoteka krediti odenisi
Arzularla deyil, gerçəkliklə yaşayın! Öz evinizi əldə etmək artıq bir reallıqdır, real sərfəli ipoteka təklifi üçün doğru ünvandasınız! Odenisi rahat ipoteka krediti üçün kreditvar.az var! Harda odenis qrafiki rahat ipoteka krediti var? Kreditvar.az-da! Buradan sifariş edəcəyiniz ipoteka krediti odenisi üçün uzun yol qət edib, terminal və ya poçt axtarmağa ehtiyac yoxdur. Ağıllı platformada həm də ipoteka kreditinizin odenisini də edə bilərsiniz. Bankda uzun-uzadı növbə gözləmək? Kreditvar.az-da növbə hər zaman sənindir! Burada ipoteka üçün kredit odenisini nə zaman edəcəyini sən seçirsən.