Uzun illərdir insanların daşınmaz əmlakla bağlı yanaşma tərzləri müxtəlifdir. İlk evini almaqdan tutmuş biznesi üçün mülk sahibi olmağa qədər seçimlər və hədəflər genişdir. Ancaq hamını birləşdirən ortaq nöqtə var: İşin içərisindən daha qazanclı çıxmaq. Çünki daşınmaz əmlak qiymətləri hər zaman əlçatan olmur. Bunun üçün çox vaxt insanlar ipoteka kreditlərinə üz tutur. İpoteka krediti isə yüksək məbləğli olduğu üçün mütləq şəkildə diqqətlə seçilməli və araşdırılmalı məhsullardandır. Bunu isə ipoteka kalkulyatorları vasitəsilə tənzimləmək mümkündür. Necə? Gəlin ətraflı tanış olaq.
İpoteka kalkulyatoru ilə hesablama necə aparılır?
İpoteka kredit kalkulyatoru ilə hesablama aparmaq üçün bəzi məlumatları daxil etməyiniz tələb olunur. Satın almaq istədiyiniz evin (və ya daşınmaz əmlakın) qiymətini, ödəniş edəcəyiniz ilkin məbləği, sizə uyğun olan kredit müddətini, faiz dərəcəsini və tələb olunan başqa məlumatlar varsa, onları daxil edin. İpoteka kalkulyator avtomatik şəkildə sizin məlumatlarınıza uyğun aylıq kredit ödənişlərini və kreditin ümumi məbləğini təqdim edir.
Guzestli ipoteka kalkulyatoru ilə hesablama necə aparılır?
Banklarda ipoteka kreditləri üzrə dəyişkən şərtlər tətbiq olunsa da, dövlət ipoteka şərtləri adətən standart olur. Bu barədə isə 4 faizli ipoteka kalkulyatoru və 8 faizli ipoteka kalkulyatoru ilə hesablamalar apararaq ətraflı tanış ola bilərsiniz. Əhali arasında 4%-lə verilən ipoteka kreditləri güzəştli ipoteka kreditləri kimi də tanınır. Çünki bu kreditlərdən əhalinin müəyyən təbəqəsinin yararlanması nəzərdə tutulub. Ancaq 8%-lə verilən kreditlər isə bütün vətəndaşlara şamil olunur. Ümumi hesablanma qaydası adi ipoteka kalkulyatoru ilə eynidir.
İpoteka kalkulyatoru sizə necə kömək edə bilər?
İpoteka kalkulyatoru daşınmaz əmlak almaq və ya ipotekanı yenidən maliyyələşdirməklə bağlı bir çox məqamlarda qərar verməyi asanlaşdırır. Xüsusilə kredit müddəti ilə ödənişlərin və faiz dərəcəsinin uzlaşmasını tənzimləməyə çox kömək olur. Kalkulyatorda rəqəmləri artırıb azaltmaqla əslində hansı ödəniş ssenarisinin büdcənizə uyğun olduğunu görə bilərsiniz. Təcrübə göstərir ki, qısamüddətli kreditlərdə daha aşağı faiz dərəcələri olur, lakin aylıq ödənişləri daha yüksəkdir. Bu baxımdan müddəti, ödənişi və faizi seçərək özünüzlə və ya ailənizlə, dostlarınızla istədiyiniz qədər müzakirə edib yekun qərarı verə bilərsiniz.
İpoteka kalkulyatoru ilə ödənişləri necə azaltmaq olar?
Satın almaq istədiyiniz daşınmaz əmlakın kredit qiyməti əlçatmaz məbləğ kimi görünə bilər. Ancaq burada da bəzi taktikalardan yararlanmaq olar. Belə ki, ipoteka kredit müddətini maksimum uzun zamana qədər seçin. Bu zaman aylıq ödənişlərin məbləği də avtomatik olaraq azalacaq. Bundan başqa, daşınmaz əmlak krediti təklif edən bir neçə bank ipoteka kalkulyatoru vasitəsilə hesablamalar aparmaq məsləhətlidir. Bu halda en serfeli ipoteka kreditini asanlıqla ayırd edəcəksiniz.
Bundan başqa, yaxşı olar ki, hesablamalar apardıqdan sonra, seçim etdiyiniz bir neçə bankdan əlavə endirim şərtlərinin və kampaniyalarının mövcudluğunu maraqlanasınız. Əksər hallarda müəyyən peşə sahiblərinə, kredit tarixçəsi yaxşı olan müştərilərə və s. əlavə güzəştlər tətbiq olunur.
İpoteka kalkulyator ilə arzuladığınız əmlaka sahib olun!
İpoteka kredit kalkulyatoru kimliyindən və harada yaşamasından asılı olmayaraq hər kəs üçün əlçatan maliyyə alətidir. Bankların və dövlət ipoteka fondunun saytına daxil olaraq hesablamalarınızı onlayn şəkildə apara bilərsiniz. Xüsusilə 4 faizli ipoteka kalkulyatoru və 8 faizli ipoteka kalkulyatoru daha güzəştli şərtlərlə əmlak sahibi olmağınıza yardımçı olacaq. Hazırda ölkəmizdə müxtəlif banklar müştərilərə dövlət ipoteka kreditlərindən yararlanmaq üçün imkan yaradır. Həmçinin bankların daxili ipoteka kreditləri də müxtəlif peşə sahibləri və əhali təbəqəsi üçün də əlçatan şərtlərlə təklif olunur. Araşdırmalar aparmaq, kampaniya və endirim fürsətlərini dəyərləndirmək və ən əsası düzgün hesablamalarla maliyyə planlaması etməyiniz tövsiyə olunur. Unutmayın ki, daşınmaz əmlaka qoyduğunuz hər investisiya məbləği sizə daha böyük rəqəmli məbləğlər qazandıra bilər!