Kredit kalkulyatoru ilə kredit hesabınız daha sərfəli olacaq!

kredit kalkulyatoru

Həyatınızda ilk dəfə kredit götürməyə hazırlaşırsınız? Yəqin ki, ağlınızda saymaqla bitməyən suallar var. İlk borc götürmək cəhdi hər zaman həyəcanlı və qayğılı olur. Əslində, kredit tarixçəsi zəngin olanlar da bu mövzuda sizdən heç də geridə qalmır. Haradan başlamaq və necə hərəkət etmək önəmlidir. Çünki bu zaman gələcək riskləri də sığortalamaq olar. Ən önəmli məqam isə sərfəli kredit şərtlərini tapmaqdır. Sərfəli şərtlərlə bağlı siyahıda isə aşağı faiz dərəcələri ön sırada dayanır. Bəs sizin üçün uyğun olan ən münasib kredit məhsulunu necə tapa bilərsiniz? Bu və oxşar suallarınıza kredit kalkulyatoru ilə saniyələr ərzində cavab tapa bilərsiniz. Gəlin ətraflı tanış olaq.

Kredit kalkulyatoru nədir?

Bilirsiniz ki, kredit kalkulyatorları ilə kredit ödənişlərini və faizlərini öncədən görmək mümkündür? Belə ki, sözügedən alət kredit götürməzdən öncə nə qədər ödəyəcəyinizi əvvəlcədən öyrənməyiniz üçün yaradılmış alətdir. Belə ki, bu alət kredit məbləği, faiz dərəcəsi və müddətə əsasən aylıq ödənişləri, həmçinin ümumilikdə kredit məbləğini hesablamağa imkan verir. Üstəlik hesablama apararkən hər hansısa ödəniş etmirsiniz və tamamilə anonim şəkildə həyata keçirirsiniz. Hansı ki bu zaman kimsə sizi tələsdirmir, narahat etmir, banka zəng etmək və ya sadəcə bu kimi hesablamalar ilə tanış olmaq üçün növbələrdə gözləmirsiniz. Kredit kalkulyator ilə müxtəlif ssenarilər üzrə borc götürmək imkanlarınızı dəyərləndirə bilərsiniz. Məsələn, 1000 manat kredit götürmək üçün 6 aylıq, yoxsa 12 aylıq müddətlər arasında hansı variantı seçməyin əlverişli olduğunu görə bilərsiniz. Müddət uzandıqca aylıq ödənişlər azalır, amma faiz dərəcəsi çoxala bilir. Artıq son qərarınızı online kalkulyator ilə apardığınız hesablamalara uyğun verə bilərsiniz.

Kredit kalkulyatorundan necə istifadə olunur?

Kredit kalkulator bankların rəsmi veb-saytlarında yer alır. İnternet brauzerində bankların adının yanına alətin adını yazaraq tapa bilərsiniz. Məsələn, Yelobank kredit kalkulyatoru. Alətdən istifadə qaydası demək olar ki, bütün banklarda eynidir. Belə ki, kredit məbləğini daxil edirsiniz (məsələn, 5 000 AZN), faiz dərəcəsini seçirsiniz (məsələn, 10%), müddəti təyin edirsiniz (məsələn, 18 ay) və "Hesabla" düyməsini sıxırsınız və son nəticə ekranda əks olunacaq. Aylıq ödənişləri və müddətin sonunda ümumi kredit ödənişini görəcəksiniz.

Bank kalkulyatoru və kredit kalkulyatoru arasındakı fərq nədir?

Yuxarıda qeyd etdiyimiz proseslər əsasında təqdim olunan kredit ödənişləri bankın minimum və maksimum təklifləri əsasında hesablanmış məbləğlərdir. Bank kalkulyatoru isə kredit və maliyyə məlumatları əsasında hər bir müştəri üçün uyğun olan real kredit şərtlərini təqdim edir. Məsələn, ixtiyari bank minimum 10 %-dən başlayan nağd kredit götürmək fürsəti yaradır. Bu faiz rəsmi gəlir mənbəyi fərqli olan şəxslər üçün fərqli faiz dərəcələri deməkdir. Müştəri birinci mərhələdə online kalkulyator ilə hesablama aparıb, ilkin kredit şərtləri ilə tanış olduqdan sonra bankla əlaqə saxlayır, yaxud onlayn kredit sifarişini həyata keçirir. Bundan sonra, bankın kalkulyatoru ilə müştəriyə real kredit şərtləri təqdim olunur. Qeyd edək ki, hər iki hesablama arasında ciddi şəkildə fərq yaranmır. Bəzən ümumiyətlə fərq olmur. Bu daha çox müştərinin kredit tarixçəsindən və maliyyə məlumatlarından asılıdır.

Kreditinizi öncədən hesablayın və daha sərfəli şərtlərdən yararlanın!

Ehtiyac olan kredit məbləği üzrə öncədən hesablama aparmaq şərtləri öz xeyirinə dəyişməkdir. Bir neçə bankın kredit kalkulyatoru ilə hesablamalar apararaq siyahı düzəltmək faydalıdır. Bankların təklifləri üzrə kredit hesablamaları apardıqdan sonra növbəti mərhələdə uyğun şərtləri dəyərləndirməyə başlamaq olar. Əgər bir bankda faiz dərəcəsi aşağı, amma rəsmi gəlir, iş stajı və digər şərtlər üzrə tələblər yüksəkdirsə, avtomatik şəkildə faiz dərəcəsi bir qədər çox, amma şərtləri yumşaq olan bankı seçmək daha məqsədəduyğun olacaq. İstənilən halda kredit kalkulator qərar verməyinizi sürətləndirir və rahatlaşdırır. Kredit kalkulyator ilə bütün işləriniz hesablarınıza uyğun və qaydasında olacaq.


İstehlak krediti
  • 1

    Onlayn sifariş formasını doldur

  • 2

    Təsdiq al

  • 3

    Krediti götür

Kredit sifarişi

Kredit məbləği

AZN

Müddət

calc.month

Faiz dərəcəsi

%

Aylıq ödəniş


"Sifariş et" düyməsini basmaqla, İstifadəçi ŞərtləriMəxfilik Siyasətini qəbul etdiyinizi təsdiq edirsiniz.