Yeni evinizə gedən yol əslində düşündüyünüzdən daha yaxındır. İstər ailəniz üçün hüzurlu bir ev, istərsə də gəlir gətirən yeni investisiya qazanmaq üçün ipoteka krediti bu kimi arzuların gerçəkləşməsini daha da sürətləndirə bilər. Artıq illərlə pul yığmaq əvəzinə, daha cəsarətli addımlar atmaq zamanıdır. Gəlin detallarla daha ətraflı tanış olaq.
İpoteka nədir?
İpoteka götürmək ev və ya digər daşınmaz əmlakı əldə etmək üçün bankdan və ya maliyyə qurumundan uzunmüddətli kredit almaqdır. Bu kredit sayəsində insanlar illərlə pul toplamaq əvəzinə, seçdikləri əmlaka dərhal sahib olur və aylıq ödənişlərlə bu borcu geri ödəyirlər. Beləliklə, planları ertələmədən, işləri yubatmadan, sabit ödənişlərlə xoşbəxt gələcəyə qapı açmış olursunuz.
Niyə ipoteka krediti götürməlisiniz?
İpoteka dedikdə ağıla ilk olaraq yeni ev almaq, başqa evə köçmək, övladlar üçün gələcəyə investisiya yatırmaq kimi fikirlər gəlsə də əslində həm bu sadalananlar üzərindən, həm də digər üsullarla daha böyük addımlar atmaq olar. Xüsusilə pul qazanmaq, biznes qurmaq kimi hədəfləri olanlar üçün bu daha maraqlı gələ bilər. İpotekaya ev, yaxud istənilən növ daşınmaz əmlakı kreditə götürməklə həmin əmlakı biznes obyektinə çevirmək olar. Ya öz biznesinizi qura və böyüdə, ya da obyekt kimi başqalarına icarəyə verə bilərsiniz. Yaxud yeni evi yerli və xarici turistlərə icarəyə verə bilərsiniz. Foto studiya kimi dekorotiv detallarla bəzəyərək, geyim kolleksiyaları evinə çevirərək də icarəyə vermək mümkündür. Müxtəlif biznes ideyalarınızı bu daşınmaz əmlak üzərindən həyata keçirə həm öz şəxsi mülkünüzə sahib ola, həm də əlavə gəlir qazana bilərsiniz.
İpoteka şərtləri necədir?
Azərbaycanda ipoteka kreditləri vətəndaşlara daşınmaz əmlak sahibi olmaq üçün əlverişli imkan yaradır. İpoteka və Kredit Zəmanət Fondu və banklarımız vasitəsilə təqdim olunan bu kreditlər iki növdə olur: adi və güzəştli. Adi ipoteka kreditində illik faiz dərəcəsi təxminən 8-10%-dən, ilkin ödəniş isə minimum 15%-dən başlayır. Kredit müddəti 3 ildən 25 ilə qədər dəyişə bilər. Güzəştli ipoteka üzrə faiz dərəcəsi isə təqribən 4%-dən, ilkin ödəniş 10%-dən başlayır. İpoteka sertleri həmçinin mənzilin bazar dəyəri və yerləşdiyi ərazi əsasında da müəyyənləşdirilir. Ən önəmli məqamlardan biri odur ki, kredit yalnız rəsmi gəliri olan şəxslərə verilir və gəlir səviyyəsi aylıq ödənişi qarşılamaq səviyyəsində olmalıdır. Bəzi hallarda girov və zamin də tələb oluna bilər.
Güzəştli ipoteka kimlərə verilir?
İlk olaraq qeyd edək ki, 4%-li güzəştli ipoteka krediti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təklif olunur. Bu kredit dövlət qulluqçuları, müəllimlər, gənc ailələr, hərbi qulluqçular, şəhid ailələri və müharibə veteranları və s. kimi sosial təbəqəyə şamil edilir. Ancaq banklarımızda bütün vətəndaşların yararlana biləcəyi güzəştli ipoteka təklifləri də mövcuddur. Bunun üçün bankların veb-saytlarına, mobil tətbiqlərinə və sosial media hesablarına nəzər sala bilərsiniz.
İpoteka krediti üçün müraciət necədir?
Vətəndaşlar ipoteka krediti üçün müraciət prosesini onlayn formada və banka yaxınlaşaraq həyata keçirə bilər. İlk olaraq şəxsiyyət vəsiqəsi, rəsmi gəlirə dair sənədlər, ailə tərkibi haqqında və digər tələb olunan məlumatları təqdim etmək tələb edilir. Bu barədə bank və ya dövlət qurumu borcalana məlumat verir. Müştərinin məlumatları üzrə ilkin qiymətləndirmə aparılır və ödəmə qabiliyyəti yoxlanılır. Əgər nəticə müsbətdirsə, müştəri almaq istədiyi mənzili seçir və əmlakın qiymətləndirilməsi həyata keçirilir. Növbəti mərhələdə isə müqavilənin imzalanması və digər rəsmi prosedurlar həyata keçirilir.
Yeni daşınmaz əmlakınıza sahib olmaq üçün vaxt itirməyin
“Öz evim olsun” xəyalından tutmuş “Biznesimi qurum” hədəflərinə qədər istənilən addımınızda daşınmaz əmlak sizə dayanıqlı gələcək vəd edir. İpoteka krediti vasitəsilə yuxarıda qeyd olunan hədəflərinizə daha sürətli və rahat çatmaq mümkündür. Sərfəli faiz dərəcələri və gəlirlərinizə uyğun ödəniş planları ilə daşınmaz əmlak almaq sizin üçün bu gününüzə və gələcəyinizə investisiya yatırmağın ən uğurlu yoludur. İstədiyiniz əmlakı seçin, ipoteka şərtləri üzrə təklifləri dəyərləndirərək öz evinizə və ya biznesinizə sahib olma yolunda böyük addım atın. Daşınmaz əmlak üçün vaxt itirməyin, arzularınızı gerçəkliyə daşıyın!